Fransada prezident seçkiləri ərəfəsində terror aktı hazırlamaqda şübhəli bilinən 3 şəxs barəsində axtarış elan edilib.
Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun nümayəndəsi bildirib.
“Mayın 6-da Fransa ərazisində terror aktı hazırlamaqda şübhəli bilinən 3 şəxsin əlamətləri polis əməkdaşları arasında və sosial şəbəkələrdə yayılıb” – deyə, mənbə bildirib.
Onun sözlərinə görə, söhbət Belçika vətəndaşları Bilal əl Markori və Tarik Cadaun, habelə Əfqanıstan vətəndaşı Zabitulla Sərvaridən gedir.
***
Eyni zamanda, başqa bir xəbərə görə, Parisin Plesir kommunasında naməlum şəxslər bir nəfəri qətlə yetiriblər.
İnsident yerli vaxtla 21.30-da (Bakıda vaxtı ilə 23.30-da) restoranın qarşısında baş verib.
“Parisien” nəşrinin məlumatına görə, hücum edənlər ölən şəxsə 11 dəfə açıblar.
Faktla bağlı araşdırma aparılır. Ölən şəxsin polisin nəzarətində olduğu bildirilir.
Hadisənin intiqam zəminində baş verdiyi ehtimal olunur.
***
Onu da qeyd edək ki, bu gün Fransada prezident seçkilərinin ikinci turudur.
İkinci turda prezidentliyə namizədlərdən Emmanuel Makron və Marine Le Pen mübarizə aparacaqlar.
Gununsesi.info