3 uşaq anası əri tərəfindən öldürüldü

  • By admin
  • 19 İyul 2020 16:48

Ağdaşda qətil hadisəsi baş verib.

Gununsesi.org-un məlumatına görə, rayonun Nehrəxəlil kənd sakini 1988-ci il təvəllüdlü Səttarov Tural Tahir oğlu həyat yoldaşı 1995-ci il təvəllüdlü Səttarova Nuranə Elbrus qızını aralarında yaranan ailə münaqişəsi zamanı bıçaqlayaraq qətlə yetirib.

Bir neçə bıçaq xəsarətləri alan qadın hadisə yerində ölüb.

Qeyd edək ki 2012 ci ildə ailə həyatı quran cütlüyün 3 az yaşlı övladı var.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.

 

 

Gununsesi.org