
Xaricə qaçmağa çalışan Türkiyənin məşhur Sualtı Hücum (SAT) xüsusi təyinatlı dəstənin 3 döyüşçüsü Ədirnədə həbs olunub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, saxlanılanlar iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunurlar.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd nəticəsində 246 nəfər şəhid olub, 2000-dən çox insan yaralanıb.
Anar
Gununsesi.info












