Azərbaycanda üç yaşlı uşağın mədəsində şurup qırığı qalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə həkim Aydın Əliyev paylaşıb.
O bildirib ki, 3 yaşlı uşaq evdə şurup qırığını götürüb burnuna daxil edib, metal yad cisim burun-udlaqdan qida borusuna, oradan da mədəyə keçib: ” Mədənin metal yad cismi”.
Uşaq hazırda həkimlərin müşahidəsi altındadır, daha sonra onun əməliyyat olunub-olunmayacağına dair qərar veriləcək.
Həkim xəbərdarlıq edib ki, körpə-anlaqsız uşaqların əlinin çatacağı yerlərə kiçik əşyalar qoymaq olmaz.
Gununsesi.info