3 yaşlı uşaq faciəvi şəkildə öldü

Gəncədə üç yaşlı uşaq su hovuzunda boğulub. 

Gununsesi.org-un verdiyi məlumata görə, hadisə şəhərin Cavadxan qəsəbəsində baş verib. Həyətdə oynayan 2016-cı il təvəllüdlü Ümid Rövşən oğlu İsmayılov valideynlərin gözündən yayınaraq su hovuzuna düşüb. Azyaşlı xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org