3 yaşlı uşaq öldü

  • By Admin2
  • 18 Aprel 2026 12:45

Bakının Nərimanov rayonunda bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, 3 yaşlı uşaq pəncərədən yıxılıb.

Hadisə aprelin 17-si saat 14 radələrində, azyaşlının yaşadığı Həsən Əliyev küçəsindəki evdə qeydə alınıb.

2023-cü il təvəllüdlü Etibar Qafarov 4-cü mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.

Gununsesi.info