
Həftənin çərşənbə axşamında SOCAR-n “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Balakən rayonunda təşkil olunub.
Mahamalar kəndində keçirilən aksiyaya 30-a yaxın sakin qatılsa da, cəmi 2 müraciət ünvanlanıb.
Müraciətlərin məğzinə gəlincə, bunlar abonentin öz istəyi ilə qaz təminatının dayandırılması və qaz sayğacının yerinin dəyişdirilməsindən ibarət olub.
Hər iki problemlə bağlı Zaqatala RQİİ-nin rəhbər şəxsləri tərəfindən lazımi tapşırıqlar verilərək qeydiyyat aparılıb.