30 adda dərmanın qiyməti bahalaşdı

  • By admin
  • 12 Mart 2026 19:20

Tarif Şurasının növbəti iclası keçirilib.

Gununsesi.info  xəbər verir ki, Tarif Şurasının qərarına əsasən  bir sıra dərman preparatlarının qiymətində dəyişiklik edilib.

Bildirilir ki, iclasda yeni dövlət qeydiyyatına alınan 183 dərman vasitəsinin  yuxarı həddi təsdiq edilib. 2 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 30 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

 

Firuzə Mahmudova

Gununsesi.info