30-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

  • By admin
  • 25 Mart 2022 18:23

Xüsusi əməliyyat zamanı fevralın 24-dən bəri Ukrayna silahlı qüvvələrinin sərəncamında olmuş 2416 tank və zirehli texnikadan 1587-si məhv edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy brifinqdə bildirib.

“Fevralın 24-dən bəri Ukrayna ordusunun xidmətdə olan 2416 tank və digər zirehli döyüş texnikasından 1587-si məhv edilib. Bundan əlavə, 1509 səhra artilleriya silahı və minaatandan 636 ədədi, 535 reaktiv yaylım atəşi sistemindən 163 ədədi, 152 təyyarədən 112 ədədi, 149 helikopterdən – 75-i, 36 “Bayraqdar” TB2 PUA-dan 35-i, 180 S-300 və Buk M1 hava hücumundan müdafiə sistemindən 148-i, müxtəlif təyinatlı 300 radardan isə 117-i məhv edilib”, – deyə Rudskov bildirib.

Gununsesi.info