30 miqrant batdı - ARALIQ DƏNİZİNDƏ

  • By admin
  • 25 May 2017 07:34

miqrant_gemi1492101135

Aralıq dənizində göyərtəsində miqrantlar olan gəmi qəzaya uğrayıb.

Gununsesi.info-nun xarici mediaya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 30-dan çox miqrant batıb.

Məlumata görə, İtaliyaya üz tutan gəmi Liviyadan dənizə çıxıb və göyərtəsində 200-dək miqrant olub. Onların vətəndaşlıqları barədə məlumat verilmir. Ölənlərin əksəriyyətinin azyaşlı uşaqlar olduğu bildirilir. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

İlin əvvəlindən dəniz vasitəsilə Avropaya 44 minə yaxın qeyri-qanuni mühacir daxil olub. Aralıq dənizini qət etməyə çalışarkən onlardan təxminən 1300 nəfəri ölüb.

Gununsesi.info