“30 saatdır atamın cansız bədəni ilə buradayam” -VİDEO

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində dağıntılar altında qalan şəxslərin xilasedilmə işləri davam edir.

Gununsesi.info xəbər verir ki, Gaziantepde lentə alınan görüntülərdə dağıntılar altında qalan Cemile adlı qızın sözləri xilasedicilərlə yanaşı videonu izləyənləri də kövrəldib.

“30 saatdır atamın cansız bədəni ilə buradayam” deyən, qızı təsəlli etməyə çalışan xilasedicinin boğazı düyümlənib, gözyaşlarını saxlaya bilməyib.

Gununsesi.info