30 yaşlı oğlan Polis Şöbəsində özünü asdı

  • Müəllif: admin
  • 16 Fevral 2018 10:58

Astarada polis tərəfindən tutulan şəxs intihar edib.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə Astara rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində qeydə alınıb.

Orada saxlanılan, 1988-ci il təvəllüdlü Bəhram İmamverdiyev kamerada özünü asıb.

Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, B. İmamverdiyev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulubmuş.

Gununsesi.info