Türkiyənin Amasya vilayətinin Gümüşhacıköy rayon prokuroru Cihad Atabaş evində ölü tapılıb.
Gununsesi.info xəbər verir ki, uzun müddət 30 yaşlı Atabaşla əlaqə qura bilməyən prokuror Doğukan Yiğit təcili tibbi yardım və polis qrupları ilə həmkarının evinə gedib.
Evə daxil olan qruplar Atabaşın həyatını itirdiyini müəyyən ediblər.
“Anadolu” agentliyinin xəbərinə görə, Atabaşın cənazəsi ekspertiza üçün Merzifon Karamustafa Paşa Dövlət Xəstəxanası aparılıb.
Gununsesi.info