30 yaşlı qadın özünü 8-ci mərtəbədən atdı, SAĞ QALDI - BAKIDA

  • By admin
  • 23 May 2017 08:36

ambulani

Bakıda 30 yaşlı qadın özünü binadan atıb.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Nizami rayonu, 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Lalə Tofiq qızı Yaqubova özünü yaşadığı binanın 8-ci mərtəbəsindən atıb.

Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. L.Yaqubovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info