300-dən çox bağçada tibb bacısı vəzifəsi boşdur

Azərbaycan üzrə fəaliyyət göstərən 1 668 məktəbəqədər təhsil müəssisəsindən (uşaq bağçası) 1 091-də tibb bacısı fəaliyyət göstərir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, 238 bağça 1 qruplu olduğuna görə orda tibb bacısının fəaliyyəti nəzərdə tutulmayıb.

Məlumata görə, bağçalarda tibb bacısı vəzifəsi üzrə vakant olan bağçaların sayı 339-dur.