300 illik krallıq cəvahiri hərracda satılacaq - VİDEO

  • By admin
  • 13 Aprel 2018 08:34

Avropanın kral ailələri arasında əl dəyişdirən mavi qaş 300 il sonra ilk dəfə hərraca çıxarılaraq satılacaq. Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ölçüsü 6,16 karat olan qaşın qiyməti 5,27 milyon dollardır. Cəvahir 15 mayda hərraca çıxarılacaq.

Hindistandakı “Golcondo” mədənindən tapılan mavi qaş 1715-ci ildə İtaliyada doğulan İspaniya kraliçası Elizabet Farneseyə kral V Filiplə evlənərkən toy hədiyyəsi olaraq verilib.

Kraliçanın nəvələrinin Avropa içindəki izdivacları ilə qaş İspaniyadan Fransaya, İtaliyaya, Avstiyaya yeddi nəsil əl dəyişdirib.

Qaş II Çarlzın qalstuk iynəsi və Mariya Antuanettanın tacının ən dəyərli elementi olub.

İndi kraliçanın nəvələri qaşı Cenevrə şəhərindəki bir auksionda satmaq istəyirlər.

Mavi qaş auksiondan əvvəl London, Nyu-York, Sinqapur, Taypey və Cenevrədə sərgilənəcək.

Gununsesi.info