300 mindən çox ukraynalı qaçqın Almaniyanı tərk etdi

  • By admin
  • 21 Fevral 2024 12:20

İki il ərzində 300 mindən çox ukraynalı qaçqın Almaniyanı tərk edib. Onlar Ukraynaya qarşı genişmiqyaslı Rusiya müharibəsi başladıqdan sonra bu ölkəyə gediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Almaniyanın “N-tv” portalı məlumat yayıb.

Məlumata görə, Rusiya işğalının başlamasından iki il sonra Almaniyada əcnəbilərin mərkəzi reyestrində təxminən 1,143 milyon ukraynalı qaçqın qeydiyyata alınıb.

Onların 682 mini qadın, 458 mini kişidir. Müharibə başlayandan sonra Almaniyaya gedən 321 min qaçqın artıq bu ölkədə yaşamır.

Onlardan bir qsiminin Ukraynaya qayıtdığı, bir qisminin isə hazırda başqa ölkədə yaşadığı qeyd olunur.

Əmək qabiliyyətli ukraynalıların 21 faizi Almaniyada işləyir.

Xatırladaq ki, fevralın 19-da Böyük Britaniya hökuməti Rusiyanın genişmiqyaslı işğalın nəticələrindən qaçan ukraynalıların qanuni ölkəyə girişi üçün iki sxemdən biri olan Ukrayna Ailə Sxemini ləğv edib.

Ötən ilin sonunda Böyük Britaniyada viza saxtakarlığı hallarının qeydə alındığı, zərər çəkənlərin ukraynalı qaçqınlar olduğu bildirilirdi.

Gununsesi.info