300 şirkət Moskvadan getdi, işsizlər ordusu yaranır

  • By admin
  • 18 Mart 2022 16:35

Bir neçə min xarici şirkətdən artıq 300-ü Moskvada fəaliyyətini dayandırıb.

Gununsesi.info xəbər verir ki, bu sözləri Moskva meri Sergey Sobyanin deyib.

O bildirib ki, şirkətlərin sonrakı taleyi rəhbərlərindən asılıdır, Rusiyanın isə öhdəliyi həmin şirkətlərdə çalışan vətəndaşların işlə təmin olunmasıdır.

“Biz bilirik ki, yeni çağırış və problemlərlə üz-üzəyik. Xüsusilə xarici şirkətlərlə bağlı. Moskvada onlar çoxdur – bir neçə min! Hazırda 300-ə yaxın şirkət artıq fəaliyyətini dayandırıb. Bizim vəzifəmiz o şirkətlərdə çalışan insanları işlə təmin etməkdir”, – Sobyanin deyib.

Gununsesi.info