Martın 31-də şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mingəçevir Şəhidlər Xiyabanında ucaldılmış Soyqırım abidəsi önündə 31 Mart–Azərbaycanlıların soyqırımgününə həsr olunmuş izdihamlı tədbir keçirildi.
Gununsesi.info xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimai təşkilatların nümayəndələri, KİV təmsilçiləri ilə yanaşı şəhər sakinləri də iştirak edirdilər.
Tədbirdə şəhidlərin ruhuna dualar oxundu, soyqırım iştirakçılarının ruhları yad edildi.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə geniş nitqlə çıxış edib.
Torpaqlarımız uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şəhər rəhbəri çıxışı zamanı qeyd etdi ki, son iki əsrdə QafqazdaAzərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyatakeçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinəticəsində xalqımız ağır məhrumiyyətlərə vəməşəqqətlərə məruz qalmışdır. Mərhələ–mərhələgücləndirilən belə qeyri–insani siyasət nəticəsindəAzərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi etnik torpaqlarındandidərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, minlərlə tarixi, mədəni abidə və yaşayış məskəni dağıdılıbviran edilmişdir.
XX əsrin əvvəllərində ermənilər təkcə bu günErmənistan adlanan ərazi deyil, Bakı quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşıqırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıqaktları həyata keçirmişlər. Erməni faşistləri bu ərazilərdəon minlərlə dinc azərbaycanlı əhalini–qadını, uşağı, qocanıyalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viranqoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıtmış və yandırmışlar.
XIX əsrin əvvəllərindən başlayaraq erməniləri tarixiAzərbaycan torpaqlarında kütləvi şəkildəməskunlaşdırılmağa başlamış, azərbaycanlılar öz qədimtorpaqlarından, ata–baba yurdlarından qovulmuş, onlarındeportasiyası prosesi məqsədyönlü şəkildə həyatakeçirilmişdir.
Tarixin hələ tam açılmamış səhifələrindən biri olan busoyqırım hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmişkütləvi qətl kimi qiymətləndirilməlidir. Tarixi faktlartəsdiq edir ki, son iki əsrdə azərbaycanlılara qarşı həyatakeçirilən soyqırım siyasəti nəticəsində soydaşlarımızqədim Azərbaycan torpağı olan, indi Ermənistanadlandırılan öz doğma torpaqlarından didərgin salınmışlar.
Ötən əsrdə dörd dəfə-1905-1906, 1918-1920, 1948-1953 və 1988-1994-cü illərdə ermənilərin azərbaycanlılaraqarşı törətdikləri soyqırım və deportasiya siyasəti özünüDağlıq Qarabağla bağlı məlum hadisələrdə də göstərdi.
İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, ötən əsrinəvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılaraqarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiyasiyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş vəAzərbaycan xalqının yer üzündən tam silmək kimi iyrəncniyyətlərini bütün çılpaqlığı ilə üzə çıxarmışdır.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımfaciələrini aşkar bəyan etmək məqsədilə Ulu öndər HeydərƏliyevin 26 mart 1998-ci il «Azərbaycanlıların soyqırımıhaqqında» fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımıgünü elan edilmişdir. Bu tarixi fərmandan sonra əsrlərboyu başımıza açılmış, lakin məqsədli şəkildə ört–basdıredilmiş qanlı soyqırım və deportasiya hadisələrinin əsilmahiyyəti tarixçilər, arxivşünaslar tərəfindən tədqiqedilməyə başlanmış, gizlinlərə aydınlıq gətirilməyəbaşlanmışdır.
1998-ci ildən bəri respublikamızda 31 mart hər ilAzərbaycanlıların soyqırımı günü kimi dövlətsəviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərsləriniunutmağa haqqımız yoxdur.
İ.İsmayılov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız Şanlı Ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Xocalı, Xankəndi şəhərləri, Xocavənd və Ağdərə rayonlarının bir hissəsi hazırda sülhməramlı qüvvələrin nəzarətindədir. Orada vaxtilə yaşayan soydaşlarımızın həmin ərazilərə qaytarılması üçün işlər gedir. Əminəm ki, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı diplomatik danışıqlar nəticəsində soydaşlarımız öz doğma yurdlarına qayıdacaqlar. O günlər uzaqda deyil.
Bir daha soyqırım qurbanlarının əziz xatirəsini dərin hüzn və ehtiramla yad edir, Allahdan onlara rəhmət, yaxınlarına səbir diləyir, xalqımıza səadət və tərəqqi arzulayıram.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin dekan müavini, filologiya elmləri doktoru Flora Namazova, MDU-nun baş müəllimi Tahirə Həsənova, 17 nömrəli tam orta məktəbin direktoru Ceyhun Atayev çıxış edərək 31 mart Azərbaycanlıların soyqırımı ilə bağlı fikirlərini bölüşdülər. Tədbir Şəhidlər Xiyabanında ucaldılmış Soyqırım abidəsi önünə gül dəstələri qoyulmaqla başa çatdı.
Gununsesi.info