31 yaşlı gənc bıçaqlandı

  • By admin
  • 09 Mart 2017 10:27

bicaq

Samux rayon sakini bıçaqlanıb.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi məlumata görə, rayonun Əhmədbəyli kənd sakini, 1986-cı il təvəllüdlü Əkbər Hüseynov qarnının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Ə. Hüseynovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info