
Yaponiyalı turist, Türkiyənin Mersin şəhərində sərnişin kimi mindiyi avtobusda soyulub.
Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi xəbərə görə, xanım turistin pulqabısını oğurlayan cinayətkarın üzü təhlükəsizlik kamerasına da düşüb.
Qeyd edək ki, yaponiyalı xanım turist Risa Oçiai, vəziyyəti polisə bildirib. Dərhal əməliyyata başlayan polis oğrunun yerini təyin edib.
Şübhəli 31 yaşlı Kamil Turanın bundan öncə də dəfələrlə oğurluq hadisələrində əlinin olduğu məlum olub. Hazırda istintaq davam edir.
https://www.youtube.com/watch?v=kfUtJznVzZU&feature=youtu.be
Gununsesi.info










