31 yaşlı kişi bıçaqlanıb

  • By admin
  • 26 Dekabr 2017 08:25

Abşeron rayonu ərazisində bıçaqlanma olub.

Gununsesi.info xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1986-ci il təvəllüdlü Əsədov Nahid Azad oğlu kürək nahiyəsindən aldığı bıçaq xəsarəti ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

N.Əsədov mübahisə zəminində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Məlumata görə, o, azyaşlı övladını məktəbdən evə gətirən zaman tanımadığı bir sürücü idarə etdiyi avtomobili uşağın üstünə sürərək onu qorxudub. Bundan qəzəblənən Nahid həmin adamla mübahisə edib və nəticədə bıçaqlanıb.

Hadisənin təfərrüatlarını Abşeron polisi araşdırır.

Gununsesi.info