Erməni iş adamı Moskvada dörd nəfəri girov götürdü

  • By admin
  • 25 Avqust 2016 11:29
rus
Erməni iş adamı Moskvada dörd nəfəri girov götürdü. 
Gununsesi.info “RİA-Novosti”-yə istinadən xəbər verir ki, Moskvada yaşayan erməni iş adamı Aram Petrosyan Sitibankın ofisində dörd nəfəri girov götürərək, partlayış törədəcəyini bəyan edib. Hadisə avqustun 24-də axşam saatlarında baş verib.
O boynuna qutu sarıyaraq insanları girov götürüb. Ancaq sonradan bu sarğıda duzlu maye olduğu bəlli olub. Polislə aparılan danışıqlar nəticəsində erməni biznesmen federal telekanalda ona çıxış etmək üçün çərait yaradılmasını tələb edib.
 Bir neçə saatdan sonra bütün girovları sərbəst buraxaraq, polisə təslim olub.
Erməni bu addmını müflis olduğunu və bu yolla Rusiya hakimiyyətinin diqqətini probleminə cəlb etmək istəyib.
 
Hazırda faktla bağlı cinayət işi açılıb.
Gununsesi.info