32 uşaq erməni terrorunun qurbanı olub - HİCRAN HÜSEYNOVA

  • By admin
  • 24 Fevral 2017 11:48

hicran_huseynova_04

“Xocalı soyqırımı Azərbaycan tarixininə ən dəhşətli səhifələrdən biri kimi daxil olub”

Gununsesi.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət nin sədri Hicran Hüseynova Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, Xocalı Soyqırımını araşdırakən həmin dövrdə Azərbaycanın tək olamsını, orduzumuzun zəif olmasını qeyd etməliyik: “Heydər Əliyev hakimiyyətə gələndən sonra vəziyyət dəyişdi. Azərbaycan inforamsiya blokadasından çıxarıldı. Bu gün xalqımıza qarşı törədilmiş soyqırım cinayətlərini, erməni vəhşiliyini, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər həyata keçirilir”.

Hicran Hüseynova qeyd edib ki, münaqişə müddətində 1437 nəfərin əsir və girovluqdan azad edilməsinə nail olunub: “Bunlardan 210 nəfəri uşaqdır. 1994-cü ildə atəşkəs rejimin elan olunamsına baxmayaraq, ötən dövrdə 32 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13 ölüb, 19 yaralanıb”.

Komitə sədri qeyd edib ki, Xocalıya ədalət kompaniyaları çərçivəsində Heydər Əliyev Fondu böyük işlər görüb: “Bu tədbirlər çərçivəsində bir sıra ölkələrdə Xocalı soyqırımı tanınıb. Fondun prezidenti Mehriban Əliyevanın ölkənin 1-ci vitse-prezidenti seçilməsi bu istiqamətdə işləri gücləndirəcək”.

Gununsesi.info