İzmir mərkəzli 32 vilayətdə terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda barəsində həbs qətimkan tədbiri seçilən 114 şübhəlidən 77-si saxlanılıb.
Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, İzmir, Konya, Ankara, Qaziantep, İstanbul, Tekirdağ, Adana, Adıyaman, Yozgat, Şanlıurfa, Bursa, Kahramanmaraş, Van, Kocaeli, Bingöl, Ağrı, Yalova, Kayseri, Muş, Şırnak, Siirt, Çankırı, Aksaray, Diyarbəkir, Antalya, Samsun, Sakarya, Malatya, Hakkari, Hatay, Mersin və Ispartada eyni vaxtda həyata keçirilən əməliyyatda 77 şübhəli tutulub.
Şübhəlilərdən 8-nin xaricdə olduğu, 29-nun tutulması istiqamətində işlərin davam etdirildiyi bildirilib.
Axtarışlar zamanı çoxlu rəqəmsal materiallar və qadağan olunmuş nəşrlər ələ keçirilib.
Orxan Saffari