324 türk vətəndaşı Əfqanıstandan İstanbula gətirilib

  • By admin
  • 16 Avqust 2021 22:15

Əfqanıstanda olan Türkiyə vətəndaşlarının təxliyyəsinə başlanılıb.

Gununsesi.info Türkiyə KİV-ə istinadən xəbər verir ki, avqustun 16-da 324 Türkiyə vətəndaşı təxliyyə edilib.

Həmin şəxsləri gətirən “Türk Hava Yolları”na məxsus təyyarə yerli vaxtla saat 16:55-də İstanbul hava limanına enib.

 

Gununsesi.info