Kölgə iqtisadiyyatı qurmaqla ölkədən qaçaq yolla 326 milyonluq məhsul çıxarmaqda və qanunsuz sahibkarlıqda ittiham olunan şəxslərin məhkəmə araşdırması başa çatıb.
Gununsesi.info “Qafqazinfo” istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaqı aparılmış cinayət işi üzrə hökm oxunub.
Məhkəmə belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar çoxsaylı dəlil və sübutlarla təsdiqini tapıb. Hökmə əsasən, Zöhrab Hidayətov 9, Elvin Şirinov 8, Qaçqın Hümbətov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Görünən odur ki, Elvin Şirinov adı əvvəllər heç yerdə getməyən, birgə ittiham edildiyi dustaq yoldaşı Zöhrab Hidayətov tərəfindən qurulmuş böyük kölgə iqtisadiyyatı maxinasiyasının iştirakçılarından yalnız biridir. İş materiallarında bəhs etdiyimiz cinayətlərlə bağlı kifayət qədər faktlar yer alıb.













