“3+3” çərçivəsində görüş Ankarada keçiriləcək - Çavuşoğlu

“Qarabağ mövzusunda “3+3″ platforması çərçivəsində növbəti görüş Ankarada keçiriləcək”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.

HTML tutorial

Nazir bildirib ki, növbəti görüşdə Gürcüstan tərəfi də iştirak edə bilər.

Çavuşoğlu həmçinin azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün keçirdiyi görüşdən danışıb:

“Qardaş Azərbaycanla strateji münasibətlərin inkişafını müzakirə etdik. “3+3″ əməkdaşlıq formatında Moskvada keçirilən ilk görüşün nəticələri barədə danışdıq”.

Qeyd edək ki, dekabrın 10-da Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında keçirilən regional platformanın ilk toplantısı baş tutub.

Gununsesi.info