3+3 formatı: Lavrov “iş aparırıq” dedi, Nikoldan cavab gəldi

  • By admin
  • 06 Oktyabr 2021 22:34

Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İranın iştirakı ilə təklif edilən “3+3” formatına dəqiq mövqe üçün bütün detalları müəyyən etməliyik.

Gununsesi.info  xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“3+3” və ya digər formatlara gəldikdə, Ermənistan əvvəlcə anlamalıdır ki, bu format nədir, hansı hədəfi var, hansı şərtlər və prinsiplərlə fəaliyyət göstərməlidir. Bu və digər çoxsaylı detallar aydınlaşmalıdır ki, bu mövzuda dəqiq mövqe müəyyən edilsin”, – Paşinyan bildirib.

Qeyd edək ki, bu gün Moskvada Rusiya XİN rəhbəri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşdə Türkiyə və Azərbaycanın təklif etdiyi “3+3” formatının müzakirə edildiyini, İranın bu məsələyə pozitiv yanaşdığını bildirib. O deyib ki, bu mövzuda erməni həmkarları ilə iş aparılır. Eyni zamanda, qarşılıqlı əlaqələrdəki problemə baxmayaraq, Lavrov Gürcüstanın da bu mexanimzdə öz maraqlarını təmin edə biləcəyini qeyd edib.

Gununsesi.info