33 il əvvəl Gəncənin tarixi adı bərpa olunub - VİDEO

  • By admin
  • 30 Dekabr 2022 09:03

Gəncənin tarixi adının bərpasından 33 il keçir

Tarixdə Gəncənin adı dəfələrlə dəyişdirilib. Şəhər illər boyu Abbasabad, Yelizavetpol, Kirovabad adlarını daşıyıb.

Gununsesi.info xəbər verir ki, igid və mərd gəncəlilər illərlə Gəncənin adının özünə qaytarılmasına çalışıblar. Xalqın ziyalılarının, eləcə də mütərəqqi fikirli insanların təkidi ilə məhz 1989-cu ilin 30 dekabr tarixində qədim Gəncə öz adına yenidən qovuşub.

Beləliklə, vətənsevər insanların illərlə uğrunda mübarizə apardığı, bu yolda təzyiqlərə məruz qaldığı bir arzu sonda uğurla nəticələnib.

Gununsesi.info