Kolumbiyanın Choco bölgəsində magistral yolda baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 33-ə yüksəlib.
Gununsesi.info xəbər verir ki, çox sayda insanın yerin altında qaldığı bildirilərkən, 19 yaralıya tibbi yardım göstərilib.
Digər tərəfdən, fəlakət anları bir sürücünün cib telefonunun kamerasına anbaan əks olunub. Görüntülərdə sıxışan tıxacda gözləyən nəqliyyat vasitələrinin üzərinə torpaq kütləsinin sürətlə düşdüyü, vasitələrin isə yerin altında qaldığı görülüb.
Vitse-prezident Francia Marquez Mina verdiyi açıqlamada Choco bölgəsində axtarış-xilasetmə işlərinə dəstək vermək üçün yardım təşkilatları, yerli hakimiyyət orqanları, polis və ordunun bölgəyə yönəldildiyini bildirib.
Gununsesi.info