33 yaşlı kişini maşınla vurub öldürdü, sonra da qaçdı

  • By admin
  • 04 Dekabr 2019 11:11

Salyanda avtomobil yolu keçmək istəyən kişini vuraraq öldürüb.

Gununsesi.org xəbər verir ki, hadisə Xıdırlı kəndində qeydə alınıb.

Məlumata görə, Xıdırlı kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Sadıq Seyidağa oğlunu kənd ərazisində yolu keçmək istəyərkən naməlum avtomobil vuraraq qaçıb. S. Mustafayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Gununsesi.org