Meksikada dayanacaq atəşə tutuldu - ÖLƏN VƏ YARALANANLAR VAR

  • By admin
  • 02 Sentyabr 2019 21:58

Meksikanın Kuernavak şəhərində naməlum şəxslər nəqliyyat şirkətlərindən birinin avto dayanacağını atəşə tutub.

Gununsəsi.org xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə azı 5 nəfər ölüb və xeyli sayıda xəsarət alanlar var. Hadisə yerinə polis və təcili yardım maşınları gəlib. Meksika polisi bu barədə araştırma aparır.

 Qeyd edək ki, ilin ilk yarısında artıq Meksikada 17 min nəfər öldürülüb.
Gununsəsi.org