34 saylı Xətai seçki dairəsində 7 məntəqənin nəticələri ləğv edildi – Mixalil Zabelin...

  • By admin
  • 17 Fevral 2020 17:30

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 34 saylı Xətai seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. 

Gununsesi.org xəbər verir ki, məsələ barədə MSK üzvü İlkin Şahbazov məlumat verib.

O bildirib ki, araşdırmaya 35 material təqdim olunub. Ancaq onlardan 8-i orijinal olub. Araşdırmada namizədlərin iştirakı təmin olunub. MSK üzvü təklif edib ki, 1, 2, 3, 4, 18, 30, 35 seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin. MSK müraciəti qismən təmin edib.

 Qeyd edək ki, sözügedən dairədə lider namizəd Mixail Zabelindir.

Gununsesi.org