34 yaşlı kişi özünü yandırıb

  • By admin
  • 04 Fevral 2018 23:14

Tovuz sakini üzərinə benzin tökərək özünü yandırıb.

Gununsesi.info xəbər verir ki, rayonun Əyyublu kənd sakini 34 yaşlı Zabit Əliyev ayaq nahiyəsinin yanığı xəsarəti ilə Tovuz rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə Z. Əliyev evdə həyat yoldaşı ilə mübahisə edib və sonra ayağına benzin tökərək yandırıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info