MHP-dən Dövlət Baxçalının səhhəti ilə bağlı açıqlama - FOTO

  • By admin
  • 03 Oktyabr 2019 11:02

“MHP lideri Dövlət Baxçalının səhhəti ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Gununsesi.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu partiyanın sədr müavini Semih Yalçın açıqlamasında deyib. O bildirib ki, sosial şəbəkələrdə Baxçalının vəziyyətinin pisləşməsi və yenidən xəstəxanaya yerləşdirilməsi ilə bağlı yazılanlar şayiədir: 

“MHP liderimizin səhhəti şayiələri yayanları və onun siyasətdən getməyəni gözləyənləri xəyal qırıqlığına uğradacaq qədər yaxşıdır”.

Qeyd edək ki, Dövlət Baxçalı yuxarı tənəffüs yollarının infeksiyası və bu səbəbdən yüksək temperatur diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş, həkimlərin müdaxiləsindən sonra evə buraxılmışdı.