

Son 6 ildə Ermənistanı 35 min şagird valideynləri ilə birlikdə ölkəni tərk edib.
Gununsesi.info erməni mediasına istinadən xəbər verir ki, 2011-ci ildən etibarən Ermənistanda hər il rəsmi olaraq ümumtəhsil məktəblərindən ölkədən gedən və ölkəyə gələn şagirdlərlə bağlı rəsmi hesabat dərc olunur.
Ermənistan Satatistika Komitəsinin yaydığı rəsmi rəqəmlərə əsasən, son 6 ildə 34,9 min məktbəli ölkəni tərk edib, 12,8 min şagird isə ölkəyə qayıdıb. Bu qayıdanlar da əsasən valideynləri ilə birlikdə Rusiyaya işləməyə gedib və bir neçə ildən sonra Ermənistana dönənlərdir.
Ermənistana xaricdən daha çox Suriyadan olan ermənilərin köçməsi nəticəsində, onların övladları erməni məktəblərinə getməsi ilə bağlıdır.
Hesabatda bildirilir ki, ölkədən axın ən çox İrəvanın və digər iri şəhərlərin payına düşür. Ancaq bölgələrdən də axınlar çoxalmaqdadır. Gedənlərin 13 mini İrəvanın, 4100 şagird Armavirin, 3600 şagird isə Kotaykın payına düşür. Ən az isə Vayon Dzoprdan gedən olub. Buradan cəmi 400 şagird ölkəni tərk edib.
Ermənistanlı şagirdlər Rusiyadan sonra daha çox Qərb ölkələrinə və ABŞ-a köçürlər. ABŞ-a daha çox “Green Card” lotoreyası ilə gedənlərin də sayı artıb. Təkcə üç il bundan öncə “Green Card” immiqrasiya kartı alanların sayı 3 minə yaxın olub.
Mürtəza
Gununsesi.info