Portuqaliyanın Maliyyə Nazirliyinin təqdim etdiyi hesabatda bildirilir ki, ölkədəki dövlət müəssisələrinin həftədə 35 saatlıq iş rejiminə keçidi əlavə xərclərə səbəb olub.
Gununsesi.info-nun məlumatına görə, Portuqaliyada 2013-cü ilədək həftəlik 35 saat iş qrafiki tətbiq edilsə də, böhran dövründə bu rəqəm 40 saatadək artırılmışdı. Lakin 2016-cı ilin yayında yenidən 35 saatlıq qrafikə qayıdılıb.
Hesabatda deyilir ki, bu addım səhiyyə sektorunda 19 milyon, təhsil sahəsində isə əlavə 34 milyon avronun xərclənməsinə səbəb olub.
Gununsesi.info