35 yaşlı kişi dəm qazından boğuldu

Zaqatalada 35 yaşlı kişi dəm qazından boğulub.

Gununsesi.info-nun məlumatına görə, hadisə günorta saatlarında Zaqatala şəhəri Cəfər Cabbarlı küçəsində yerləşən evdə baş verib.

İlkin məlumata görə, 1990-cı il təvəllüdlü Anar Abdullayevin meyiti yaşadığı evin hamamında aşkar edilib. Onun dəm qazından boğulduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 

Gununsesi.info