35 yaşlı qadından şok hərəkət - VİDEO

  • By admin
  • 27 Oktyabr 2022 12:03

Yardımlaşmaq, ehtiyacı olana əl tutmaq əlbəttə yaxşı bir haldır. Ancaq indi bəhs edəcəyimiz süjetdə yardım etmək adıyla insanların pulunu mənimsəyən şəxsdən danışacağıq . Hansı ki, 22 yaşlı qızın fotolarından istifadə edib, başqalarına yardım edirmiş kimi əslində özünə pul yığıb. Bütün bunları Şəkidə yaşayan bir qadın edib. Artıq onun kimliyi də məlumdur

“Facebook”da Lamiyə Qafarova, “İnstaqram” və “Tik-Tok” sosial şəbəkələrində isə Fidan Məmmədli adlı profillər açıb, yardım adı ilə pul topladılar. İnsanların inamından sui-istifadə etmək azmış kimi, onları təhqir etməkdən də çəkinmədilər…

Adlar müxtəlif olsa da, bütün profillərdə istifadə olunan fotolar eynidir və hər biri 22 yaşlı Fəridə Rəhimliyə məxsusdur. Bu gənc qız isə baş verənlərdən tam xəbərsiz olub.

44 günlük müharibə dönəmində xəstəxanalarda könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərən Fəridənin qazilərimiz ilə çox sayda fotoları var. Elə dələduz da özünü insanlara tibb bacısı kimi tanıdıb və qazilər ilə olan şəkillərdən daha çox istifadə edib.

Uzun araşdırmanın nəticəsi olaraq, həmin şəxsin kimliyi Rəhimovlar ailəsinə məlum olub. Özünü sosial şəbəkələrdə 24 yaşlı qız kimi tanıdan bu insan əslində Şəkinin Baş Göynük kənd sakini 35 yaşlı Fərqanə Qafarovadır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev “Xəzər Xəbər”ə bildirdi ki, qarşı tərəfdən üzr istəyən şəxs cinayət təqibindən yayınmaq üçün bu addımı atıb. Bütün hallarda polis tərəfindən qanunauyğun olaraq zəruri tədbirlər icra olunur. Daxil olan müraciət əsasında araşdırma aparılır. Təfərrüatlar isə araşdırmadan sonra məlum olacaq.

Ətraflı Xəzər TV-nin süjetində:

Gununsesi.info