Kanadada Hindistanlı köçkün nazir təyin edildi – Demokratik təyinat zirvədə

  • By admin
  • 21 Noyabr 2019 14:20

Kanadanın Baş naziri Castin Trüdo hökümət üzvlərinin yeni tərkibini açıqlayıb. Gununsesi.org xəbər verir ki, Trüdo “Bu komanda daha yaxşı gələcək inşa etmək üçün hazırdır” , – fikirlərini yazaraq öz sosial şəbəkə hesablarında kabinetin yeni üzvlərinin təqimatlarını paylaşıb: “Yeni Liberal Kabinet Təqdimatı”.

Kabinetdə yer alan Castin Trüdonun komanda yoldaşlarından biri daha öncə tənqidçi olan Navdip Beyns diqqətləri öz üzərinə çəkib. 42 yaşlı Navdip əslən Hindistandan Kanadaya köç edən bir hind ailəsinin övladıdır.

 

Yenilik, Elm və İqtisadi İnkişaf naziri olan Beyns, həm də keçmiş Baş nazir Paul Martinin də parlament katibi kimi çalışıb. Navdip Beyns həmçinin 2015-ci ildən bu günə qədər Miston, 2004-11-ci ilər arasında isə Misisisauqa bölgələri üzrə millət vəkili kimi çalışıb.

Daha öncə isə Navdip Beyns İctimai İşlər və Dövlət Xidmətləri, Xəzinə Heyəti, Ölkələrarası Ticarət  və Təbii Sərvətlər, Kiçik Sahibkarlıq və Turizm  sahələrinin tənqidçisi olub. Beyns siyasətə gəlməzdən öncə isə, Ryerson Universitetinin Ted Rogers məktəbində tanınmış bir professor olub. Mühasib və maliyyə analizləri sahəsi üzrə çalışıb.

Nazir Beyns etdiyi xidmətlərdən dolayı, bir çox mükafatların sahibidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Arzu Sayadoğlu

Gununsesi.org