
Bu ilin yanvar-iyun ayları ərzində əhali arasında 290 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Gununsesi.info Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə istinadən xəbər verir ki, qida zəhərlənmələri nəticəsində 354 nəfər zərərçəkən qeydə alınıb.
Qeyd olunub ki, ötən müddət ərzində ölkə üzrə qeydə alınan 25 botulizm hadisəsi nəticəsində 30 nəfər botulizmlə xəstələnib. Qida zəhərlənmələri, əsasən, ev şəraitində hazırlanan qidalardan, kustar üsulla hazırlanmış konservləşdirilmiş məhsullardan baş verib.
Gununsesi.info