36 il Fərhad kimi qayaları çapan çinli arzusuna çatdı

  • By Mayil
  • 12 May 2017 17:54

5915c34c6b652_36il

Çində yaşayan Huang Dafa 36 ildən sonra arzusuna çatıb.

36 il dağları çapan Dafa kəndin su ehtiyacını təmin edib.

Hadisə Çinin Gijhu bölgəsinin Koavangba qəsəbəsində baş verib. Susuzluq səbəbindən kənd camaatı çətin vəziyyətdə qalıb. Buna görə öz layihəsini hazırlayan Dafa təpələrin arxasındakı suyu qəsəbəyə çəkib.

Kəndin yeganə kanalı sakinlərin su ehtiyacını təmin etməyib. Bundan başqa kəndin yeganə gəlir yeri olan düyü tarlaları qurumağa başlayıb. 36 il heç kəs Dafaya inanmayıb. Sakinlər onu lağa qoyub. Amma təslim olmayan Dafa nəticədə arzusunu reallaşdırıb. O, 10 km uzunluğu olan bir kanal qazıb və təpələrin arxasındakı suyun kəndə çatmasına şərait yaradıb.

Gununsesi.info