36 yaşlı çempion gənə dişləməsi nəticəsində öldü

  • By Günel
  • 08 Oktyabr 2024 20:35

Buzadırmanma üzrə Rusiya çempionu Alyona Vlasova gənə dişləməsi nəticəsində 36 yaşında dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Alpinizm Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Həşərat idmançını 3 ay əvvəl dişləyib və buna görə onun ağciyərlərinin 70 faizi zədələnib.

Qeyd edək ki, A.Vlasova son olaraq fevralda Rusiyanın Tomsk şəhərində keçirilən ölkə çempionatının qalibi olub.

Gununsesi.info