360 kiloqram yararsız ət və narkotik satan şəxlər tutulub -Fotolar/Video

  • By admin
  • 09 Yanvar 2022 09:19

Yararsız ət və narkotik satan bir neçə şəxs tutularaq istintaqa cəlb edilib.

Gununsesi.info DİN Mətbuat Xidmətindən verilən məlumata əsasən xəbər verir ki, Nərimanovda Bərdədən gələn avtomobildən 360 kiloqram mənşəyi məlum olmayan ət aşkar olunub. O da məlum olub ki, paytaxta yararsız ət daşıyan şəxslərdən biri narkotik vasitələrin dövriyyəsi ilə məşğuldur. Ondan 360 qram heroin və 170 qram metamfetamin götürülüb.

Videomaterialı və fotoları təqdim edirik:

Gununsesi.info