
İranın Dizful şəhərində anbarda xlor sızması baş verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, xlor sızması nəticəsində 362 nəfər zəhərlənib. Zəhərlənənlərdə nəfəs alma problemləri və digər qazla zəhərlənmə əlamətləri müşahidə olunub.
Məlumata əsasən, hazırda zəhərlənənlərin əksəriyyəti evlərinə buraxılıb.
Gununsesi.info