37 ədəd çətənə kolu aşkar edilərək götürülüb

  • By admin
  • 28 Avqust 2017 13:40

cetenek1

İsmayıllı rayonunun Yenikənd kəndində vətəndaşlara məxsus həyətyanı sahələrdən kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları götürülüb.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, İsmayıllı rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yenikənd kənd sakinləri Bəxtiyar Bəbirova məxsus həyətyanı sahədən 4 ədəd, Mustafa Həkimova məxsus həyətyanı sahədən isə 37 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar edilərək götürülüb.

Anar

Gununsesi.info