
37 yaşlı kişidə “Meymun B” virusu aşlarlanıb.
Gununsesi.info xarici mətbuata isnitadən xəbər verir ki, hadisə Honq Konqun Tsuen Van şəhərində baş verib.
Virusa yoxulan şəxs hərarət və huşunu itirmə şikayətləri ilə Tsuen Van şəhər xəstəxanasına yerləşdirilib.
Bildirilib ki, vəhşi meymunun hücumuna məruz qalan bu şəxsdə onurğa-beyin mayesinin analizi nəticəsində “Meymun B” virusu aşkarlanıb.
Virusa yoluxanın vəziyyətinin hazırda ağır olduğu və müalicəsinin xəstəxananın reanimasiya şöbəsində davam etdirildiyi bildirilib.
Honq Konq səhiyyə orqanları ictimaiyyətə vəhşi meymunlarla təmasdan qaçınmağı xəbərdarlıq edib.
Bir insanın “Meymun B” virusuna yoluxması ilə bağlı ilk hadisə 1932-ci ildə baş verib.
Mina
Gununsesi.info