38 il Anqolanı idarə edən Jose Eduardo dos Santos hakimiyyətdən könüllü İMTİNA ETDİ

  • By admin
  • 24 Avqust 2017 12:34

m883806

Anqolalılar 38 il ərzində ilk dəfə Jose Eduardo dos Santosu əvəz edəcək yeni prezidentə səs verirlər. Prezident dos Santos 1979-cu ildən etibarən neftlə zəngin Afrika ölkəsinin prezidenti olub.

Gununsesi.info xəbər verir ki, Bakıda yerləşən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almış cənab Dos Santos bu seçkilərdə iştirak etməkdən imtina edib.

Onun MPLA partiyasını müdafiə naziri Joao Lourenco təmsil edir.

Onun əsas rəqibinin isə ölkənin 27 illik vətəndaş müharibəsində MLPA ilə mübarizə aparan Unita-nı təmsil edən İsias Samakuvadır.

Jose Eduardo dos Santos Bakıda təhsil alarkən Rusiyada doğulmuş Tatyana Kukanova ilə tanış olub və onunla evlənib.

Daha sonra Tatyana ilə boşanıb, lakin cütlüyün qızı İsabel dos Santos Afrikanın ən varlı qadını sayılır.

Gununsesi.info