Hərbi təyyarə qəzaya uğradı: 37 sərnişindən xəbər yoxdur

  • By admin
  • 10 Dekabr 2019 10:38

Çili HHQ-nə məxsus “C130 Hercules” təyyarəsi Antarktidaya uçuşu zamanı radarlardan itib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, təyyarə Punta-Arenas şəhərində yerləşən “Çabunko” bazasından Antarktidaya uçurmuş.

Təyyarə göyə qalxdıqdan sonra onunla bütün əlaqə itib. Hava gəmisinin göyərtəsində 17 heyət üzvü və 21 sərnişin olub.

Hadisənin təfərrüatları araşdırılır.

Gununsesi.org